Şəmkirdə qəza: piyada ölüb

Hadisə

04.12.2023 - 06:22

Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan “Opel “markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı aradırma aparılır.

Müəllif: Ayna.az