DİN “Şəhərcik”dəki hadisə barədə məlumat yayıb
Şəmkirdə bıçaqlanma hadisəsi olub. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov hadisə ilə bağlı bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.