Şəmkirdə kütləvi zəhərlənmə: 20 nəfər xəstəxanaya çatdırılıb

Hadisə

21.08.2025 - 08:34

Tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb

Avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən AYNA.AZ-a verilən məlumata görə, göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir. Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş