Şəmkirdə avtomobildə yanğın olub

Hadisə

10.09.2025 - 09:17

Yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb

Şəmkir şəhərində minik avtomobilində yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “VAZ 2107” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş