Sel Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsini kəsib

Xəbərlər

06.06.2023 - 23:48

Qəsəbədə enerjinin verilişi dayandırılıb

Axşam saatlarında başlayan leysan yağış İsmayıllıda yenidən fəsadlar yaradıb.

AYNA APA-ya istinadən xəbər verir ki, leysan yağış nəticəsində Lahıc yolunu sel suları dağıdıb.

Nəticədə Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib. Qəsəbədə elektrik dirəkləri aşıb və enerjinin verilişi dayandırılıb.

Hazırda əraziyə teknikalar cəlb olunub.

Müəllif: Ayna.az