Şəkidə üç nəfərə canavar hücum edib

Hadisə

13.12.2024 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib

Şəkidə üç nəfərə canavar hücum edib. AYNA APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C.İsayevə xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini, 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

Müəllif: Ayna.az