Şəkidə qəza: beş nəfər xəsarət alıb

Hadisə

21.07.2024 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobil iaşə obyektinə çırpılıb

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə Aşağı Göynük kəndində qeydə alınıb. Mingəçevir şəhər sakini, 30 yaşlı Elvin Abdullayev idarə etdiyi minik avtomobili ilə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq iaşə obyektinə çırpılıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Elvin Abdullayev, anası Gülarə Abdullayeva (56 yaş), həyat yoldaşı Mətanət Abdullayeva (22 yaş), yaxın qohumu Raziyyat Abdullayeva (63 yaş) və onun qızı Şəhanə Abdullayeva (34 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət