Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə

15.11.2023 - 19:51

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Şəki rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

"Lada Priora" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Novruzov Sarvan Adburəhim oğlu, 1956-cı il təvəllüdlü Mahmudova Nənəş Tapdıq qızı və 1957-ci il təvəllüdlü Məmişova Xoşbəxt İslam qızı xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş