Şəkidə baş verən qətllə bağlı rəsmi məlumat yayılıb

Hadisə

30.01.2020 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır

 

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş verən qətllə bağlı məlumat yayıb. DIN-in mətbuat xidmətindən AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Yanvarın 29-da saat 20 radələrində Şəki Şəhər Rayon Polis Şöbəsinə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.

 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş