Hazırda onların müayinəsi və müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir
Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub. AYNA.AZ bu barədə APA-ya istinadən bildirir.
TƏBİB-dən verilən məlumata görə, müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müayinəsi və müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.