Şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Xəbərlər

20.07.2025 - 16:11

Azərbaycandakı şəkərli diabet xəatələrinin sayı yarım milyona çatıb

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.

AYNA.AZ Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 1 134-ü insulindən asılı, 32 399-u isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Həmçinin, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər olub.

Onlardan 39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş