Səhiyyə Nazirliyi rezidenturanı bitirənlərə müraciət edib

Xəbərlər

22.12.2020 - 10:40

Dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib

 

Rezidenturanı bitirən şəxslərə təyinat vaxtı ilə bağlı müraciət edilib. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib: “Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək”.

Müəllif: Ayna.az