Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminə başlanılıb

Xəbərlər

26.07.2025 - 11:46

Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə İnsan Resusları Mərkəzindən bildirilib.

Qeyd olunub ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş