Şəhid ailələrinin üzvləri azad edilmiş ərazilərə səfər ediblər

Xəbərlər

29.05.2025 - 22:16

cedabet dərman SEO Xidməti

Şəhid ailələri üçün işğaldan azad edilmiş ərazilərə səfər təşkil olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhid ailələri üçün işğaldan azad edilmiş ərazilərə səfər təşkil olunub.

Nazirlikdən AYNA.AZ-a bildirilib ki, iki günlük səfər zamanı şəhid ailələri Ağdam, Füzuli, Şuşa və Xankəndidə olub, Ağdam Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Cıdır düzü, Vaqif məqbərəsi, İsa bulağı, digər tarixi-mədəniyyət və memarlıq abidələrini ziyarət ediblər.

Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Şanlı Ordumuzun şücaəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar. Qeyd edilib ki, azad olunan ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəni və dini abidələr bərpa olunur, infrastruktur qurulur, yaşayış məntəqələri salınır, yeni müəssisələr və iş yerləri açılır, əzəli sakinlər doğma yurdlarına qayıdırlar.

Şəhid ailələrinin üzvləri azad edilmiş ərazilərə səfər ediblər Şəhid ailələrinin üzvləri azad edilmiş ərazilərə səfər ediblər
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş