Şəhər və rayonlararası avtobuslarda da gedişhaqqı artdı - YENİ TARİFLƏR

Cəmiyyət

02.02.2023 - 15:37

Yeni tariflərin tətbiqinə sabahdan başlanılır

Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri bilinib.

AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”ndən (AYNA) bildirilib.

Qeyd olunub ki, qiymətlər Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb.

Bu tariflər şəhər və rayonlardan Bakı istiqamətinə də şamil edilir.

Tariflər 03.02.2023-cü il tarixindən qüvvəyə minir.

Yeni tariflərlə linkdən tanış ola bilərsiniz. 

 

Müəllif: Ayna.az