Səfir: “Britaniya Rusiyanın diplomatik təcridinə nail olmaq istəyir”

Dünya

04.11.2024 - 13:05

Həkimlər Klinikalar SEO Xidməti

Andrey Kelin: “Beynəlxalq birlik təkcə Qərb ölkələrindən ibarət deyil”

“Böyük Britaniya Rusiyanın diplomatik təcridinə nail olmaq istəyir. Baxmayaraq ki, BRİKS-in Kazan sammiti onun cəhdlərinin nəticəsiz olduğunu açıq şəkildə göstərdi”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın Londondakı səfiri Andrey Kelin BBC telekanalına müsahibəsində deyib.

“Beynəlxalq birlik təkcə Qərb ölkələrindən ibarət deyil. Siz iki həftə əvvəl BRİKS sammitinin keçirildiyi Kazanda 38 həqiqətən böyük ölkənin nümayəndələrini görə bilərdiniz. Bu, çox maraqlı hadisədir”, - diplomat bildirib.

Onun sözlərinə görə, “Böyük Britaniya istisna olmaqla” heç kim Rusiyanı təcrid etməyə çalışmır.

Bundan əvvəl Kelin bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Rusiyaya qarşı ittihamları qəbuledilməzdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş