Səfir: "Belçika ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcək"

Xəbərlər

14.10.2024 - 18:18

cedabet dərman SEO Xidməti

İlham Əliyev Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Regional sabitlik Belçika üçün böyük önəm daşıyır. AYNA xəbər verir ki, bunu Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon oktyabrın 14-də etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

Diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

O, Ermənistan-Azərbaycan münasibətlərilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu deyib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləyib.

O, eyni zamanda Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın ölkəmizə, həmçinin ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş