Seçkiqabağı təşviqat başa çatır

Xəbərlər

07.02.2020 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda deputatlığa namizədlərin sayı 1315 nəfərdir

 

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması bu gecə saat 00:00-da başa çatır.

 

AYNA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

 

Belə ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək. Həmin vaxtdan sonra təşviqat aparmaq qadağandır.

 

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 322 nəfər deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

 

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, hazırda deputatlığa namizədlərin sayı 1315 nəfərdir.

 

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş