Ermənistan Prezidenti hökumətin istefası barədə fərman imzalayıb
Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın və hökumətin istefasını qəbul edib. AYNA erməni mediasına istinadən bildirir ki, Prezident bu barədə fərman imzalayıb.
Qeyd edək ki, N.Paşinyan bu gün istefa etdiyini açıqlayıb. O, bu addımı iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar atdığını bildirib.
Xatırladaq ki, iyunun 20-də Ermənistan Parlamentinə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərə qədər Paşinyan Baş nazir səlahiyyətlərini icra edəcək.