Sarıcalıya birinci mərhələdə 203 ailə köçürüləcək

Xəbərlər

28.03.2025 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

Kənddə artıq 203 fərdi ev inşa olunub

Sarıcalıya birinci mərhələdə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunun Sarıcalı kəndində artıq 203 fərdi ev inşa olunub.

Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş