Qanunvericilik Məclisinin rəhbəri: “Şəhərdə səfərbərlik oktyabrın 30-da başa çata bilər”
Rusiyanın Sankt-Peterburq şəhərində qismən səfərbərlik 30 oktyabrda başa çata bilər. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə şəhərin Qanunvericilik Məclisinin rəhbəri Aleksandr Belski deyib.
“Məndə olan məlumata görə, səfərbərlik bazar gününə qədər başa çatacaq”, - deyə Belski söyləyib.
Belski Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərliyin iki həftə ərzində başa çatdırılacağına dair sözlərini xatırladıb.
Qeyd edək ki, oktyabrın 14-də Astanada mətbuat konfransında çıxış edən Putin səfərbərliyin yaxın iki həftə ərzində başa çatacağını bəyan edib.