10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.