Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb

Hadisə

22.01.2021 - 23:13

Baş Prokurorluq daha bir vəzifəli şəxsin həbsi ilə bağlı məlumat yayıb 

 

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

 

Baş Prokurorluğun Mətbuat xidməti AYNA-ya bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Müəllif: Ayna.az