Salyanda yol qəzasında biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb

Hadisə

05.09.2024 - 21:49

Həkimlər Klinikalar SEO Xidməti

Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar

Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Cəngan kənd sakini, 2003-cü il təvəllüdlü Məlikov Ağababa Ümidvar oğlunun idarə etdiyi motosiklet Salyanın Yolüstü kənd sakini, 2018-ci il təvəllüdlü Kərimova Əsmar Toğrul qızını vurub.

Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş