Hadisə Ələt-Astara avtomobil yolunda baş verib
Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.
Faktla bağlı araşdırma aparılır.