Salyanda gənc intihar edib

Hadisə

27.05.2023 - 04:27

Hadisə rayonun Şəkərli kəndində qeydə alınıb

Salyan sakini intihar edib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 1997-ci il təvəllüdlü Əsədov Vüsal Əliqardaş oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın başvermə səbəbi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az