Salyanda avtomobil su kanalına aşıb, üç nəfər ölüb

Xəbərlər

13.07.2025 - 21:44

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib

Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb. AYNA.AZ-ın “Report”a istinadən məlumatına görə, hadisə Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.

Qəza nəticəsində Gəncəli kənd sakinləri; 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş