“Həqiqətə hörmət edən və tənqidə açıq Avropa yoxdur”
“Brüssel Gürcüstan hakimiyyəti ilə birbaşa dialoqdan yayınır”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
Spiker bildirib ki, “həqiqətə hörmət edən və tənqidə açıq Avropa yoxdur”.
“Təəccüblü deyil ki, Brüssel Gürcüstan ilə dialoqdan qaçır. Səbəb isə çox sadədir. Siz öz mövqeyinizi yalançı rəvayətlər və dezinformasiyalar üzərində quranda dəqiq bilirdiniz ki, elə ilk mübahisəli söhbətdə bu yalançı konstruksiya bircə doğru sözün toxunuşu ilə dağıdılacaq”, - deyə Papuaşvili vurğulayıb.