Sakit okeanda güclü zəlzələ olub

Dünya

20.04.2026 - 11:46

Zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir

Tonqa Krallığının (Tonqatapu Adası) paytaxtı Nuku'alofadan 676 km şimal-şimal-şərqdə, Sakit Okeanda 6 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Tədqiqatının Altay-Sayan şöbəsindən bildirilib.

Bazar ertəsi yerli vaxtla səhər saat 6:35-də qeydə alınan zəlzələnin episentri Tonqa Krallığının ikinci ən çox əhalisi olan Neiafu adasından təxminən 373 km şimalda olub.

Episentrdəki titrəmənin intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Tədqiqat Mərkəzi zəlzələnin maqnitudasını 6,1 bal olaraq qiymətləndirib. ABŞ seysmoloqlarının məlumatına görə, zəlzələnin episentri 36 km dərinlikdə yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş