Şahin Mustafayev Overçukla görüşüb

Xəbərlər

15.05.2026 - 15:41

İşgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukla görüşüb.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan-Rusiya iqtisadi münasibətləri, bu ilin aprelin 16-da Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının yekunları və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş