Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri - Sahibə Qafarova ilə Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AYNA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün Cenevrədə olacaq.