Şahbaz Şərif: COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm

Siyasət

05.06.2024 - 23:19

Həkimlər Klinikalar SEO Xidməti

Pakistan Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

"Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm".

AYNA xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır”, - məktubda vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş