Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Xəbərlər

06.06.2023 - 12:21

Növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix açıqlanacaq

Bu gün saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Müəllif: Ayna.az