Elm və Təhsil Nazirliyi məlumat yayıb
İyunun 6-sı saat 18:00-dan etibarən 2022-23-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.
Elm və Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi portal vasitəsilə həyata keçirilir.