Şagirdlərin elektron yerdəyişməsi davam edir

Xəbərlər

22.12.2020 - 11:26

Sistemdən istifadə üçün portalda qeydiyyatdan keçmək lazımdır

 

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır.

 

Elektronlaşdırılma prosesi məktəb və valideyn arasında məsafənin azaldılmasını, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini təmin edir.

 

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi portalı noyabrın 16-sı saat 11:00-dan etibarən aktivdir.

Müəllif: Ayna.az