Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq

Xəbərlər

07.01.2024 - 21:16

Yerdəyişmə prosesi 10 yanvardan tədris ilinin sonunadək aktiv edilməyəcək

10 yanvar saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş