Sabunçuda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Xəbərlər

24.11.2023 - 02:23

Yaralıya qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü İsmayılov Təyyar Yaşar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş