Təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.