Şabranda silah-sursat tapılıb

Xəbərlər

27.02.2024 - 12:54

Daxili İşlər Nazirliyi məlumat yayıb

Şabranda silah-sursat tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd tapança, 3 ədəd patron darağı, 3 ədəd əl qumbarası və 70 ədəd güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

Müəllif: Ayna.az