Şabranda kanalda qadın meyiti aşkarlanıb

Hadisə

19.10.2024 - 23:30

Həkimlər Klinikalar SEO Xidməti

Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

AYNA-nın “Report”a istinadən məlumatına görə, kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş