Şabranda açıq ərazidə yanğın olub

Hadisə

04.08.2025 - 10:45

Yanğın nəticəsində yol kənarında 2 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb

Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 2 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş