Sabirabadda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Hadisə

16.11.2023 - 21:26

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib

Sabirabadda baş verən yol qəzasında beş nəfər xəsarət alıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı rayonun Qəfərarxı kəndinin sakinləri, 2014-cü il təvəllüdlü Mahmudova Səma Namiq qızı, 1959-cu il təvəllüdlü Mahmudova Gülayə Xanoğlan qızı, 1957-ci il təvəllüdlü Mahmudov İmanağa Xanoğlan oğlu, 1960-cı il təvəllüdlü Mahmudov Həqiqət və 1986-cı il təvəllüdlü Həsənov Rəsul müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş