Sabirabadda bir nəfər kanalda batıb

Xəbərlər

25.07.2025 - 15:16

FHN batan şəxsin axtarışlarına başlayıb

Sabirabadda bir nəfər kanalda batıb. Bu barədə AYNA.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş