Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb

Hadisə

11.05.2024 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar

Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb. AYNA xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Cəlal Əlipənah oğlu və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş