Qaz təchizatında məhdudiyyət olacaq
Sabirabad rayonunun daha bir kəndinin qaz təchizatında fasilə yaranacaq. AYNA.AZ xəbər verir ki, "Payız-Qış" mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası məqsədi ilə Sabirabad rayonunun Zəngənə kəndində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması məqsədilə əlaqədar 24.06.2025-ci il saat 10:00-dan etibarən quraşdırılma işləri başa çatanadək Zəngənə kəndində (ümumi 618 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qeyd edək ki, diametri 315 mm-lik PE "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış D300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə 24.06.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovuşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) də qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.