Prezident İlham Əliyev Xalq şairi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə məlumat Prezidentin rəsmi saytında dərc edilib.
Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Xalq şairi, deputat S.rüstəmxanlının bu gün 75 yaşı tamam olur.