Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

Xəbərlər

24.07.2025 - 09:47

Beş çağırış deputat olmuş Xanhüseyn Kazımlı dünyasını dəyişib

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

AYNA.AZ xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum bu gün Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş