Sabahın havası: yağış yağacaq

Xəbərlər

23.06.2024 - 13:56

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 33, rayonlarda 36 dərəcə isti gözlənilir

Azərbaycanda iyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.

Rayonlarda hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

Müəllif: Ayna.az