Sabahın havası: yağıntılar tədricən kəsiləcək

Xəbərlər

24.02.2026 - 17:15

Dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş