Sabahın havası: Bakıya yağış yağacaq

Xəbərlər

29.05.2026 - 17:18

Yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntının bir qədər güclənəcəyi ehtimalı var

Mayın 30-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş